Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi

Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elvina Əhmədovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elvina Əhmədovadır.

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elvina Əhmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elvina Əhmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elvina Əhmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi


Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi


Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elvina Əhmədova - Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə öncə Ulu Öndərin siyasi kursuna səs vermiş oldu. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi.

Ölkəyə rəhbərlik etdiyi ilk gündən bütün sahələr üzrə islahatlar aparılması istiqamətində mühüm addımlar atmağa başladı. Bunun bariz nümunəsi olaraq sosial sahədə islahatlar aparılması diqqət mərkəzində oldu. Pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Məhz İlham Əliyev cənablarının gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür.

Elvina Əhmədova: Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursuna səs verdi


Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai – siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçir­diyi islahatların bariz nümunəsidir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.

Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çev­rildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı.

Prezident İlham Əliyev bildirmişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikası­nın vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühi­ti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qo­rumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı.

Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalış­maqla, xalqın maraq və mənafelərinə ca­vab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Qeyd etmək istərdim ki, ötən illər ərzində Prezident İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaq­la ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyası­nın layiqli daşıyıcısı olduğunu təsdiqləyib.

Prezident İlham Əliyev ölkə iqtisa­diyyatını inkişaf etdirərək, 44 günlük Vətən müharibəsində 30 il ərzində xarabalığa çevrilmiş, işğaldan azad edilmiş Qarabağ torpaq­larını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır. Bu gün böyük qürur hissi bəhs etdiyimiz Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin nəticəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər