Ərdoğan-Tokayev görüşündə masadakı su... - mesaj gündəm oldu - FOTO

Ərdoğan-Tokayev görüşündə masadakı su... - mesaj gündəm oldu - FOTO


Qazaxıstanın paytaxtı AstanadaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlə həmkarı Kasım-Jomart Tokayev arasında keçirilən görüşdə masa üzərinə qoyulan su butulkası sosial şəbəkələrdə viral olub.

“ Ərdoğanın Astana səfəri çərçivəsində ona Qazaxıstanın I dərəcəli “Dostluq” ordeni ilə təltifetmə mərasimi keçirilib.

Mərasimdə masa üzərinə qoyulan su butulkasının adının "Turan" olması insanların marağına səbəb olub.

Sosial şəbəkə iştirakçıları bunu beynəlxalq aləmə ciddi bir mesaj kimi dəyərləndiriblər.
Bəziləri isə məhz bu adda su brendinin masaya qoyulmasını Turan ideologiyasının insanlara təlqin edilməsi kimi şərh ediblər.

Sosial şəbəkələrdə fotonun şərh bölümünə “bəzən ən ülvi arzular və istəklər su ilə çin olur!” kimi şərhlər yazılıb.

Ərdoğan-Tokayev görüşündə masadakı su... - mesaj gündəm oldu - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər