“Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib”

“Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib”


Baş Prokuror Kamran Əliyev Vətən Müharibəsi zamanı Gəncədə raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksdə olub.

“Səfər zamanı media nümayəndələrinə açıqlama verən K.Əliyev deyib ki, müharibə zamanı ən çox dağıntı Gəncədə qeydə alınıb: “Bildiyiniz kimi hadisələr zamanı 3 ailə tamamilə məhv olmuşdu, 6 uşaq vəfat etmişdi. Bu erməni tərəfin acizliyi idi ki, dinc əhaliyə raket zərbələri endirirdi. Həmin hadisələrlə bağlı 3 cinayət işi başlamışıq. Artıq müvafiq hərbi göstərişləri verənlər, onu icra edənlər müəyyən edilib. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq.

Ermənistanın İkinci Qarabağ Müharibəsində muzdlulardan istifadə etməsinə dair bizdə konkret faktlar var. Onların şəxsiyyətləri bəllidir. Həmin muzdluların vətəndaşı olduğu ölkələrə hüquqi yardım haqqında vəsatətlər göndərmişik.
Təəssüf ki, bəzi dövlətlər zəruri əməkdaşlıq göstərmirlər. Lakin biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. Xocalı hadisələri ilə bağlı cinayətkarları Vətən Müharibəsində tutub məhkəmə məsuliyyətinə cəlb etdik. Başlatdığımız cinayət işlərinə dair sübutlar beynəlxalq ədalət məhkəməsində istifadə olunur”.

“Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib”“Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər