Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır



Dünyanın nüfuzlu təşkilatları ilə aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb və nəticədə, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri daha da möhkəmlənib. Bununla da Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirib, beynəlxalq qurumlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib və bu, Azərbaycana olan dərin inamı şərtləndirib.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqada iştirak etdiyi “Avropa siyasi birliyi” Zirvə Toplantısı da bu baxımdan diqqət çəkib. Başqa sözlə, Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətinin daha bir göstəricisinə çevrilib. Təbii ki, bu məsələdə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə in¬kişafı önəmli rol oynayıb.
Əlbəttə, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsini də tərəflər arasında səmimi münasibət, münasibətlərin davamlı inkişafı və müxtəlif sahələrdə əldə edilən uğur¬lu nəticələr şərtləndirir. Dövlətimizin başçısının “Avropa siyasi birliyi” Zirvə Toplantısında–bu yeni platformada iş¬tirakı da mövcud əlaqələrin daha da güclənməsinə əlverişli şərait yaradır.
Ölkə rəhbəri oktyabrın 6-da Praqa¬da Azərbaycan televiziya kanallarına müsahibəsində bu məqama toxuna¬raq adı çəkilən beynəlxalq qurumla bağlı bir sıra istiqamətlər, ilk növbədə, enerji sahəsi üzrə çox fəal əməkdaşlıq aparıldığını bildirib. Dövlətimizin baş¬çısı buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda Anlaşma Memoran¬dumunun imzalanmasını xatırladıb. Prezident İlham Əliyev bunu hazırda Azərbaycanın enerji resurslarına Av¬ropada daha böyük tələbatın olması ilə əlaqələndirib.
Azərbaycan lideri müsahibədə bildirib ki, indiki dünyada mövcud olan geosiyasi vəziyyət Azərbaycanın enerji resurslarına tələbatı kəskin artırıb. Bu barədə bir neçə gün bun¬dan əvvəl Bolqarıstanda Yunanıstan–Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də ətraflı danışılıb. Bildi¬rilib ki, Azərbaycan ötən il qaz ixracını əvvəlki ilə nisbətən 40 faiz artırıb. Bu il isə həmin göstəricinin, təxminən, 30–40 faiz yüksələcəyi nəzərdə tutulub.
Belə vəziyyətin qarşıdakı dövrdə də davam edəcəyi gözlənilir. Ona görə də Avropa İttifaqı ilə imzalanan müvafiq me¬moranduma əsasən, növbəti illərdə Azərbaycan Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır. Yəni, əgər keçən il bu göstərici 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu rəqəmin ən azı 18 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır. Bu¬nun üçün hazırda yeni qaz yataqları¬nın istismara hazırlanması, mövcud yataqlardan isə hasilatın artırılması üzərində tədbirlər gerçəkləşdirilir.
Prezident İlham Əliyevin vurğula¬dığı kimi, Azərbaycan tərəfindən baş¬lanan və Avropa İttifaqının, o cümlədən, ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələri sırasında xüsusilə Cənub Qaz Dəhlizi layihəsi mühüm önəm da¬şıyır. Başqa sözlə, respublikamız neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Artıq tam gücü ilə fəaliyyət göstərən Cənub Qaz Dəhlizi məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturu kimi tanınıb.



Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin direktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər