Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı - YENİLƏNİB

Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı - YENİLƏNİB


Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Ölkə.az”a bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar: “Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.

***
Bakıda gənc bacılar itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər