Şabranda yarım hektar meşə sahəsi yandı

Şabranda yarım hektar meşə sahəsi yandı


Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.

Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.

FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.

İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər