Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Qurban Qurbanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovdur.

Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qurban Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qurban Qurbanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qurban Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Qurban Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Bizdə hörmətli Qurban Qurbanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan futbol mütəxəssisi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


1. Milli komandada vurduğu 14 qolla yığma tarixinin bombardidir.
2. Yığmanın 1992-ci il sentyabrın 17-də keçirdiyi ilk oyunda Gürcüstana qarşı forma geyinən heyətdə yer alıb.
3. Millidəki ilk qollarını 1993-cü ildə İrandakı turnirdə Qazaxıstan U-21 ilə görüşdə dubl edərək vurub.
4. Yığma karyerasında 2 matçda dubl edib, 10 qarşılaşmada 1 dəfə fərqlənib.
5. AÇ-lərin seçmə mərhələlərində 5 qol vursa da, DÇ-lərin seçmə oyunlarında rəqib qapısına yol tapmayıb.
6. Seçmə mərhələlərdəki yeganə dublu 2003-cü ildə Serbiya və Monteneqro ilə ev matçına təsadüf edib.
7. 1992-2005-ci illərdə formasını geyindiyi millidə ümumilikdə 68 matça çıxıb.
8. “Daşqın”ın yetirməsi 16 yaşında – 1988-ci ildə SSRİ çempionatlarının aşağı dəstəsində çıxış edən Mingəçevir “Avtomobilçi”sinin heyətinə cəlb olunub.
9. 1992-ci ildə müstəqilliyə qədəm qoyan Azərbaycan futbolundan daha tez SSRİ çempionatlarından ayrılaraq, fasilələrlə 1989-92-ci illərdə “Mertsxale” və “Alazani” ilə müstəqil Gürcüstan çempionatında çıxış edib.
10. SSRİ çempionatlarının ikinci aşağı liqasında “Daşqın”da 24 qol vurub.
11. Müstəqil Azərbaycan çempionatlarında doğma “Daşqın”da debüt edib.
12. İki mövsümdə 24 qol vurduğu Zaqatala təmsilçisini klub dağıldıqdan sonra tərk edib.
13. İlk Azərbaycan çempionluğu və avrokuboklarda debütü artıq tarixin yaddaşına köçən “Turan”la gerçəkləşib.
14. Futbolçu kimi qazandığı digər titullara – üç çempionluq və kuboka “Neftçi”də nail olub.
15. Legioner həyatı yaşadığı Rusiyada Stavropol “Dinamo”su, “Fakel”, “Baltika” və “Volqar”da çıxış edib.
16. “Dinamo”da oynadığı vaxt komandasının ən yaxşı bombardiri olub.
17. Hesabındakı 115 topla ölkə çempionatlarında 100 və daha çox qol vuran oyunçuların siyahısına düşüb.
18. Azərbaycan karyerasında “Daşqın”, “Kür” (əvvəl “Avtomobilçi”), “Turan” və “Neftçi”də oynamış hücumçunun son komandası “İnter” (indiki “Şamaxı”) olub.
19. Karyerasını 33 yaşında zədə səbəbindən başa vuranadək Premyer Liqada 191 oyun keçirib.
20. Bir dəfə - 1996/97 mövsümündə Azərbaycan çempionatının bombardiri olub.
21. Azərbaycan futbolu tarixinə karyerasını başa vurması ilə əlaqədar xüsusi matçın keçirildiyi yeganə oyunçu Premyer Liqada çıxış edən yerlilər və legionerlər arasında vida görüşü ilə yola salınıb.
22. Rusiyada keçirilən “Birlik kuboku”nda baş tutan “Neftçi” – “Pünik” görüşündə iştirak etməsə də, ermənilərlə oteldə yaşanan dava-dalaşda təxribatçıların cavabını layiqincə verməsi ilə yadda qalıb.
23. Avrokuboklarda qol vurmayan hücumçu aşağı yaş qruplarından heç birində oynamasa da, 30 yaşında “Birlik kuboku”na U-21-in heyətində qatılaraq məhsuldarlığı ilə diqqət çəkib.
24. 2003-cü ildə Azərbaycanda ilin futbolçusu seçilib.
25. Futbolçu karyerasını “İnter”də başa vurduqdan sonra bu klubda funksioner kimi idman direktoru fəaliyyətinə başlayıb.
26. Baş məşqçi fəaliyyətinə 2006-cı ilin yayında “Neftçi”də start verib.
27. Çempionluğu sonuncudan əvvəlki turda “Olimpik”ə uduzaraq əldən versə də, debüt ilində gümüş mükafat əldə edib.
28. Avrokuboklarda debüt UEFA kubokunda “Rid” (Avstriya) səddini keçə bilməməklə əlamətdar olub.
29. 2007/08 mövsümünün əvvəlində “Neftçi”dəki postunu tərk edib.
30. Bir ilə yaxın işsiz qaldıqdan sonra 2008-ci ilin yayında “Qarabağ”ın sükanı arxasına keçib.
31. Azərbaycan futbolu tarixində 14 il eyni klubda çalışan yeganə məşqçidir.
32. Baş məşqçi kimi ilk titulunu “Qarabağ”dakı debüt mövsümündə - 2008/09 mövsümünün kubokunu qazanmaqla əldə edib.
33. “Qarabağ”la avrokuboklarda 2009/10 mövsümündə debüt edib və pley-offa qədər yüksəlib.
34. Baş məşqçi kimi ilk çempionluğunu 2013/14 mövsümündə qazanıb.
35. Hamıdan çox – 7 dəfə Azərbaycan çempionu olan baş məşqçidir.
36. Hamıdan çox – 4 dəfə Azərbaycan kubokunu qazanan baş məşqçidir.
37. Komandası ilə birlikdə ardıcıl üç dəfə “Qızıl dubl” müəllifi olub.
38. Çempionlar Liqasının qrupuna komanda çıxaran ilk baş məşqçidir.
39. “Qarabağ”ı ümumilikdə 8 dəfə - biri Çempionlar Liqası, altısı Avropa Liqası, biri Konfrans Liqasında qrupa çıxarıb.
40. Avrokuboklarda – Konfrans Liqasında ilk dəfə Azərbaycan komandasının qrupdan çıxmasına cari mövsüm “Qarabağ”la nail olub.
41. Avrokuboklarda ən çox oyun və ən çox qələbəyə malik olan Azərbaycan məşqçisidir.
42. Premyer Liqadakı oyun və qələbə sayında Azərbaycan rekordçusudur.
43. Azərbaycan çempionatının “İnter”lə oyununda hakim səhvi ilə komandasının lehinə təyin olunan penaltini vuran Elvin Məmmədova topu kənara vurmaq tapşırığı verməklə feyr-pley nümunəsi göstərib.
44. Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan çempionu olan üç nəfərdən ardıcıllıq baxımından ikincisidir.
45. Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir.
46. 2017-ci ilin sonunda baş məşqçisi təyin olunduğu Azərbaycan millisinə bir il rəhbərlik edib.
47. Milli komanda onun rəhbərliyi altında 12 oyuna çıxıb və Millətlər Liqasının ilk mövsümündə D liqasının qrup ikincisi olub.
48. Azərbaycan çempionatlarında medal sayında mütləq rekordçudur: 7 qızıl, 3 gümüş və 2 bürünc
49. 2016-18-cı illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olub.
50. Konfrans Liqasının 1/8 finalında “Marsel”lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər