Ona etibar edilən bütün işlərdə Elmar Məmmədov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Elmar Məmmədov özünü doğruldub


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Elmar Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

İş adamı Elmar Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elmar Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Elmar Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İş adamı Elmar Məmmədovdur.

İş adamı Elmar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elmar Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elmar Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elmar Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Elmar Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elmar Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elmar Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elmar Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elmar Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elmar Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İş adamı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elmar Məmmədov özünü doğruldub. Bizdə hörmətli Elmar Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İş adamı Elmar Məmmədov - Yaranmasının 104-cü ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir. Təbii ki, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir. Hələ Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ulu Öndərin qətiyyəti və güclü iradəsi nəticəsində mümkün olmuşdu. Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu həyata keçirərkən bu liseyin məzunlarından istifadə edərək nizami ordu yaratmışdır. Azərbaycan Ordusunun silah-sursatla təchizatı davamlı olaraq həyata keçirilmiş, şəxsi heyyətin peşəkarlıq səviyyəsinin artırılması üçün lazimi işlər görülmüşdür.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin etmişdir. Dövlət büdcəsindən hərbi xərclər üçün ayırılan vəsait ildən-ilə artırılmış, Silahlı Qüvvələrimizin arsenalına ən müasir silah-texnika əlavə edilmişdir. Eyni zamanda, əsgər və zabitlərin peşəkarlıq səviyyəsinin artırlması məqsədi ilə mütəmadi olaraq hərbi təlimlər təşkil edilmiş, xüsusilə də qardaş Türkiyə ilə birgə keçirilən təlimlərdə müxtəlif qoşun növlərinin iştirakı təmin edilmişdir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir orduya çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusnun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.

İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq, xahişləri vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğundan xəbər verir.

Azərbaycan Ordusu döyüş meydanında öz üstünlüyünü sübut edərək düşmənə layiq olduğu dərsi verdi. Azərbaycan öz torpaqlarını qan tökərək azad etdi və erməni işğalına son qoydu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu gün bütün dünya Azərbaycan Ordusunun gücündən danışır. Beynəlxalq hərbi mərkəzlər, dünyanın tanınmış hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun hərbi taktikasını öyrənməklə məşğuldur.

Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü bərpa etdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər