Taksi sürücüsündən qadın sərnişinə qarşı əxlaqsız hərəkət: qolundan tutdu...- DİN-dən AÇIQLAMA/FOTO

Taksi sürücüsündən qadın sərnişinə qarşı əxlaqsız hərəkət: qolundan tutdu...- DİN-dən AÇIQLAMA/FOTO


Azərbaycanda daha bir taksi sürücüsü qadın sərnişini cinsi qısnamaya məruz qoyub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, dünən gecə saat 12 radələrində gənc xanım işdən evə qayıdarkən 20 yanvar ərazisində Sumqayıta getmək üçün taksilərdən birinə əyləşib. “Mercedes” markalı 90-SS-720 dövlət nişanlı maşının sürücüsü Həsənov Röyal Teymur oğlu başqa sərnişin götürmədən yoluna davam edib.

Sürücünün şəhərə gedib gəzmək təklifindən sonra xanım ondan avtomobili saxlamasını tələb edib. Sərnişinin dediklərinə məhəl qoymayan R.Həsənov daha sonra xanımın qolundan tutub sıxıb və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bildirilib ki, avtomobildən düşən sərnişin maşının nömrəsini götürərək Dövlət Yol Polisi İdarəsinə məxsus avtomobilə yaxınlaşaraq məlumat verib. Xanım daha sonra DYP əməkdaşları ilə 29-cu polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Ölkə.Az-a bildirib ki, sözügedən sürücü saxlanılıb:

“Həmin avtomobilin sürücüsü 1989-cü il təvəllüdlü Röyal Həsənov müəyyən olunaraq saxlanılıb. O, əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycanda bənzər hallar daha əvvəl də yaşanıb.

Taksi sürücüsündən qadın sərnişinə qarşı əxlaqsız hərəkət: qolundan tutdu...- DİN-dən AÇIQLAMA/FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər