Elman Quliyev vəzifəsini şərəflə yerinə yetirir

Elman Quliyev vəzifəsini şərəflə yerinə yetirir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elman Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Ölkə başçısı İlham Əliyev növbəti dəfə Ağdama səfər etdi. Bütün bu səfərləri Qarabağın dirçəlişi prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Cənab Prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır”. Bu fikirləri Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev deyib.

Elman Quliyev bildirib ki, Ermənistan işğal dövründə bizim torpaqlarımızda bütün infrastrukturu dağıdıb. Lakin bu gün Qarabağda quruculuq işləri ardıcıllıqla həyata keçirilir. Dövlətimizin başçısı bununla bağlı tez-tez tapşırıqlar verir, tövsiyyələrini bildirir. Xalqımızın istək və arzularını reallaşdırmaq niyyətində olan Prezidentimiz çalışır ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun, insanlar firavan, ömürlərini ata-baba yurdlarında davam etdirsinlər. Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq bərpa olunur.

Elman Quliyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılıb: “Cənab Prezident Ağdama ötən ilki səfəri zamanı bu sənaye parkının təməlini qoymuşdu. Artıq bu dəfə Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin əsası qoyuldu. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması Qarabağda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməklə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur. Bu ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli olacaqdır. Bu müəssisədə açılacaq olan yeni iş yerləri Ağdam əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq. Bəs bu müəssisələr necə açılacaq? Bunun üçün dövlət və yerli sahibkar birliyi gərəklidir. Başqa ölkələrə yatırımlar edən iş adamları öz doğma torpaqlarımıza investisiya qoymaqla dirçəliş prosesini daha da tezləşdirməlidirlər. Dövlətimiz sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir. Əlbəttə ki, bölgələrdə qurulacaq olan infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər