Ramiz Oğuz - Səni sevdim

Ramiz Oğuz - Səni sevdim



Səni sevdim
səhər mehi,
meh səhəri sevən kimi.
Səni sevdim
şeh çiçəyi,
çiçək şehi sevən kimi.
Mən bu ömrün
saçlarında dən uşağı,
Səni sevdim
necə sevər
körpə uşaq səmadakı göy qurşağı.
Qismətimə alqışmısan,
qarğışmısan!..
Sən alqışın,
sən qarğışın
ən göyçəyi.
Səni sevdim
necə sevər bir kəpənək
çəməndəki gül – çiçəyi...
Sənə sevgim
qu quşunun sevgisi tək,
Söylə,
sənsiz yaşarmı heç
bircə gün də sevən ürək!..
Sənə sevgim
sanki cənnət alması tək,
Səndən ötrü günahımla
cənnətdən qovulam gərək...
Adına misralardan
xalı toxudum,
ilmə-ilmə, naxış-naxış
aradım səni.
Şəninə çətin kimsə
belə xalı toxuya bilə,
Ruhumun divarına
yazdım adını, mələklər
məndən sonra oxuya bilə...

14.dekabr. 2021-ci il
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər