Çin liderindən Ərdoğana: "Həyat yoldaşım və mən çox təəssüf edirik"

Çin liderindən Ərdoğana: "Həyat yoldaşım və mən çox təəssüf edirik"


Çin prezidenti Si Cinpin cümə axşamı yeni növ koronavirusa yoluxmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana teleqram göndərib.

CCTV xəbər verir ki, Çin liderinin Ərdoğana ünvanladığı teleqramda deyilir: “Həyat yoldaşım Pen Liyuan və mən sizə və həyat yoldaşınız Əminə Ərdoğana xəsətlənməyinizdən səmimi təəssüfümüzü bildiririk. Sizə tezliklə sağalmağınızı arzulayırıq”.

Si Cinpin ünvanladığı teleqramda Çinin pandemiya ilə mübarizə üçün sərt tədbirlər görməyə davam edəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, Çin-Türkiyə münasibətlərinin inkişafına böyük diqqət yetirir.

“Mən sizinlə əməkdaşlığa, ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin inkişafında daimi irəliləyişə kömək etməyə hazıram”, - deyə o, yekunlaşdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər