Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib

Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib



BİRLİYİN BAŞ DİREKTORU TƏLTİF OLUNDU

Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müfaviq əmri ilə Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

“AZƏRİQAZ” İB-DƏ 2021-Cİ İLDƏ ƏMƏYİN VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLİB

Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib


Fevralın 1-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin rəhbərliyi, baş direktorun müavinləri, SOCAR-ın SƏTƏMM Departamentinin rəisi Orxan Məmmədov, SOCAR-ın vitse prezidentinin müşaviri Namiq Abbasov və Birliyin tabeli təşkilatlarının rəhbərlərinin iştiraki ilə SƏTƏMM sahəsi üzrə 2021-ci ildə İstehsalat Birliyində görülən işlərin yekunlarına dair onlayn müşavirə keçirilib. Birliyin baş direktoru R.Əliyev müşavirəni giriş sözü ilə açaraq SƏTƏMM sahəsinin istehsalatda ən önəmli sahə olduğunu, işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş mühitinin yaradılmasının əsas vəzifə olduğunu bildirib.

Baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev 2021-ci ilin yekunlarına dair hesabatı təqdim edərək, görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində müşavirə iştirakçılarına əhatəli məlumat verib. O, çıxışında bildirib ki, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı qayda və normaların tələbləri əsasında işlər icra edilib, işçilər xüsusi geyim, fərdi mühafizə vasitələri tam təmin edilib, əmək şəraitinin yaxşılaşdırılması məqsədilə təmirə ehtiyac olan istehsalat binaları təmir olunub və görülmüş işlərin nəticəsi olaraq 2021-ci ildə, həmçinin son illərdə istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib. Həmçinin baş direktorun müavini 2022-ci il ərzində qarşıya qoyulan hədəflərə çatmaq üçün istehsalatda əməyin və ətraf mühitin mühafizəsinin daima nəzarətdə saxlanacağını, maarifləndirmə və təlimatlandırma işlərinin davamlı təşkil olunacağını, fəhlə və mühəndis-texniki işçilərin əməyin mühafizəsi üzrə kurslara və seminarlara cəlb edilməsinin mütəmadi təşkil olunacağını bildirib.

Birliyin tabeli təşkilatlarının rəhbərləri hesabat verərək ötən il ərzində sahə üzrə görülmüş işləri diqqətə çatdırıblar. Cari ildə qarşıya qoyulmuş tapşırıqların təhlükəsiz və qəzasız yerinə yetirilməsi üçün planlar haqqında məlumat veriblər.

Müşavirədə SOCAR-ın sahə üzrə mütəxəssisləri çıxış edərək fikir və tövsiyələrini, əməyin və ətraf mühitin mühafizəsinin SOCAR-ın rəhbərliyinin daima diqqətində olduğunu bildiriblər.

Müşavirənin sonunda İstehsalat Birliyinin baş direktoru R.Əliyev və SOCAR-ın nümayəndələri tərəfindən 2021-ci ildə əməyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər müsbət qiymətləndirilib və gələcək illərdə qəzasız iş saatlarının əldə olunması üçün lazımi tapşırıqlar verilib.

UCQAR KƏNDİN QAZLAŞDIRILMASI İLƏ BAĞLI "AZƏRİQAZ" İB-NİN BAŞ DİREKTORUNA MÜRACİƏT EDİLİB

Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib


"Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun çətin relyef şəraitində yerləşən Zarat Xeybəri kəndində baş tutub. Görüş zamanı "Azəriqaz" İB-nin, habelə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri kənd sakinlərinin problemlərini dinləyiblər. Aksiya iştirakçılarına indiyədək keçirilən "Açıq mikrofon" aksiyaları zamanı ünvanlanan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verilib. Kənd sakinləri dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Çıxış edənlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu, kəndin meşə zolağından kənar ərazidə yerləşdiyini bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiya iştirakçılarına ünvanladıqları bütün müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağını, sözü gedən kəndin qazlaşdırılması ilə bağlı qərarın Birlik rəhbəri tərəfindən veriləcəyi bildirilib. Məlumat üçün bildirək ki, Şamaxı rayonunun 53 kəndinin, 47-i təbii qazla təmin edilib.

Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilibRuslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib
Ruslan Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər