Elçin Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Elçin Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, b.e.f.d. dosent Elçin Xəlilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elçin Xəlilov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, b.e.f.d. dosent Elçin Xəlilovdur.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, b.e.f.d. dosent Elçin Xəlilova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, b.e.f.d. dosent peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Xəlilov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Xəlilovdan danışdılar yaxşı ki, Elçin Xəlilov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktorudur… Elçin Xəlilov öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elçin Xəlilov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Xəlilov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Xəlilovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Xəlilov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Xəlilov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Xəlilov özünü doğruldub. Bizdə hörmətli Elçin Xəlilovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Xəlilov Elçin Ağası oğlu 1961-ci il aprelin 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət Aqrar Universteti) Bitki mühafizəsi fakultəsinə daxil olub, alim aqronom ixtisasına yiyələnib .05 iyul 1984-cü ildə təyinatla Az.ETBMİ-a göndərilərək institutun proqnoz laboratoriyasında kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. 1984-1988-ci illərdə Az.ETBMİ-in proqnoz laboratoriyasında “Pambıq sovkasının inkişaf proqnozu” üzrə mövzunun icraçısı olmuşdur.

1989-cu ildə Az.ETBMİ-nin “Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi” ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. 1994-cü il mart ayının 14-də K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında “Azərbaycanın Şəki-Zaqatala bölgəsi şəraitində fındığın zərərvericiləri-fındıq uzunburunu və akasiya yalançı qalxanlı yastıcasına qarşı mübarizənin təkmilləşdirilməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, Rusiya Ali Attestasiya Komissiyası tərəfindən isə 1994-cü il 03 iyun tarixində ona biologiya elmləri namizədi elmi dərəcəsi diplomu təqdim edilmişdir.

2004-cü idə Azərbaycan Respubilkası Prezidentin yanında Ali Attestasiya Komissiyası tərəfindən E.A.Xəlilova “Dosent” elmi adı verilmişdir. E.A.Xəlilov İnstitutun təqdim etdiyi (2002-2005) Özəl Bölmənin inkişafına Yardım Agentliyi müsabiqəsinin qalibi olmuş 2 Qrant Layihəsinin rəhbəri və icraçılarından olmuşdur. Həmin qrant vəsaiti hesabina fermer təsərrüfatlarında institutun elmi əsaslarla işləyib hazırladığı yeniliklərin tətbiq olunmasında E.A.Xəlilovun böyük əməyi olmuşdur . O, 50-ə qədər elmi məqalələrin, 4 kitabçanın müəllifidir. Elmi məqalələrinin bir çoxu xarici ölkələrin mətbuatında dərc edilmişdir.

1994-cü ildən 2018-ci ilədək institutun Proqnoz laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2018-ci ildən BM və TB ETi-nin direktor müavini vəzifəsini icra etmişdir. E.A.Xəlilov işgüzarlığı, prinsipial vətəndaşlıq mövqeyi ilə institut kollektivinin rəğbətini qazanmışdır.Xəlilov Elçin Ağası oğlu 2019-cu ildən BM və TB ETi-nin direktor səlahiyyətlərini icra etmiş, 24 iyun 2020-ci il tarixindən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.


******

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.

Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır.

Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır.

BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s. zərərvericilərə qarşı Feromon tələlər və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanır və bu istiqamətdə işlər davam etdirilir. Fitopotologiya laboratoriyasında müxtəlif bitkilərdən 9 adda fitonsidlər hazırlanır və kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı fitonsidlərlə tədqiqat işi aparılır.

İnstitutda pambıq, taxıl, kartof, üzüm, meyvə və tərəvəz bitkilərinin zərərli orqanizmilərinə qarşı inteqrir mübarizə tədbirləri sistemi işlənib hazırlanır. Bukletlər, kitabçalar nəşr edilərək pulsuz fermerlərə paylanılır. Mütamadi olaraq maarifləndirici təlimlər, seminarlar və konfranslar keçirilir.

Birgə tədqiqatların aparılması və kadr hazırlığı sahələrində “Beynəlxalq Atom Enerji Agentliyi” (Vyana Avstriya), “Türkiyə- Pamuk Araşdırma İnstitutu” (Nazilli), “Pakistan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu” və “Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutu” (İslamabad), “China Xinjiang Xishengnong İmport &Export Trade Co.Ltd”s (Çin), Türkiyə və Yunanıstan-“BİOSAGROSYSTEMS S.A”. (Yunanıstan), “Ümumrusiya Bitkiləri Mühafizə İnstitutu” (Rusiya Federasiyası), Moldovanın “Genetika, Fiziologiya və Bitki Mühafizə İnstitutu” ilə əməkdaşlıq edilir.

İnstitutda 175 nəfər əməkdaş çalışır. İnstitutda Abşeron, Xaçmaz, Mil, Muğan Təcrübə Stansiyaları, Saatlı və Ucar Dayaq Məntəqələri, Layihə Axtarış Kimyalaşdırma Stansiyası fəaliyyət göstərir.

İnstitutda Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən təsdiq olunmuş 21 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. BMTBETİ-də 2019-cu ildə 1 istiqamət, 2 problem, 19 mövzu və 30 elmi-tədqiqat işi yerinə yetirilmişdir. 2020-ci ildə isə institutda 1 istiqamət, 2 problem, 8 mövzu və 32 elmi-tədqiqat işi yerinə yetirilir. Elmi-tədqiqat işlərinin icrasında 84 elmi işçi, o cümlədən 18 fəlsəfə doktoru, 1 elmlər doktoru iştirak edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər