Stol pulu 1-5, sinfi dəyişmək 200 manat: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb? - İDDİA + VİDEO

Stol pulu 1-5, sinfi dəyişmək 200 manat: Azərbaycanda daha bir məktəb direktoru bazar açıb? - İDDİA + VİDEO


Sumqayıt şəhərində yerləşən məktəblərin birində valideynlərdən pul yığılır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Valideynlər şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbin direktoru İradə Məmmədovanın davamlı olaraq pul yığdığını bildirib:

“Direktor davamlı 1-5 manat pul yığır. Məktəbdə stol sınır, başqa nəsə olursa, pulunu bizdən alırlar. Direktor deyir ki, pulu dövlət istəyir”.

Valideynlərdən biri də iddia edib ki, məktəbdə övladının sinfini dəyişmək üçün 200 manat pul ödəyib.

Sumqayıt Şəhər Təhsil Şöbəsindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar məktəblərdə pul yığımı və neqativ hallarla bağlı paylaşımlar edilir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər