Şərəfli vəzifəyə yiyələnən İlham Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən İlham Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır



İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlham Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalı, Sisyan rayonunun Urud kəndində anadan olub. 1992-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsini, 2009-cu ildə isə Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə bitirib. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursları” adlı proqramı üzrə təhsil alıb. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1999-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin “Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi”ndə şöbə rəisi, 2001-2005-ci illərdə isə həmin Mərkəzin direktor müavini vəzifəsində işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında şöbə müdiri, 2006-2009-cu illərdə rəis müavini vəzifəsində çalışıb. 2009-2013-cü illərdə “Caspel” MMC (İT&Telecom Solutions İntegrator)-də İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə “Azərsu” ASC-nin “İnformasiya və Kommunikasiya Texnologiyaları departamenti”nin direktoru vəzifəsində işləyib. 2014-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparatın rəhbəri və nazirin müşaviri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif edilmişdir. 06 noyabr 2018 - ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin "Aqrar istehsalat və ticarət" departamentinin direktor, 18 iyun 2020 ci ildə “İstehsal və əməliyyatlar” departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramovdur.

İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Bayramov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlham Bayramovdan danışdılar yaxşı ki, İlham Bayramov İstehsal və əməliyyatlar departamentinin direktorudur… İlham Bayramov öz isguzarlığı ilə tanınır və seçilir….

İlham Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İlham Bayramov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Bayramov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Bayramovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Bayramov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Bayramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İstehsal və əməliyyatlar departamentinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Bayramov özünü doğruldub. Bizdə hörmətli İlham Bayramovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər