Talibanın 20 yaşlı voleybolçu qızı edam etməsi xəbəri yalan çıxdı - FOTO

Talibanın 20 yaşlı voleybolçu qızı edam etməsi xəbəri yalan çıxdı - FOTO


Əfqanıstanda Taliban üzvlərinin 20 yaşlı voleybolçu qızı edam etmələri barədə məlumatlar yayılıb.

Bu iddia ilə ilə “İndependent Persian” (Farsca) çıxış edib.
Voleybolçu Mahjabin Hakiminin ailəsinin danışmaması üçün təhdid edildiyi bildirilib.

Daha sonra isə bir sıra xarici KİV-lərdə xəbərin həqiqəti əks etdirmədiyi barədə xəbərlər yayımlanıb.

Qeyd edilib ki, voleybolçu qız Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 10 gün əvvəl vəfat edib. Hakiminin meyiti Kabildə nişanlısının evindəki hamam otağında tapılıb. 20 yaşlı qızın nişanlısı voleybolçunun intihar etdiyini bildirib.

M.Hakiminin məzar daşında da ölüm tarixi 15.5.1400 - miladi təqvimlə 6 avqust 2021 qeyd edilib.

Mərhumun qardaşının paylaşımında da Hakiminin edam edilməsi barədə hər hansı bir məlumat yer almayıb.

Həmçinin əfqan jurnalistlər də paylaşım edərək, yayılmış məlumatların doğru olmadığını yazıblar.

Talibanın 20 yaşlı voleybolçu qızı edam etməsi xəbəri yalan çıxdı - FOTOTalibanın 20 yaşlı voleybolçu qızı edam etməsi xəbəri yalan çıxdı - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər