Daşkəsəndə silsilə tədbirlər davam edir

Daşkəsəndə silsilə tədbirlər davam edir


Daşkəsəndə “Kapital bankın”ın Gəncə filialının müdiri təltif olunub

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə “Kapital Bank” Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, Daşkəsən rayonunun Xoşbulaq kəndində “Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirmişdir. Aksiya çərçivəsində qeyd olunan ərazidə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilmişdir. Eləcə də Daşkəsən şəhər Kommunal müəssələri kombinatının dəstəyi ilə istirahət mövsümündə mütəmadi olaraq ərazidə müvafiq təmizlik işlərinin aparılması davam etdiriləcəkdir.
İyunun 17-də isə sözügedən layihənin ərsəyə gəlməsində təşəbbüskar fəaliyyətinə, eləcə də Daşkəsən rayonunun sosial-iqtisadi həyatında fəal iştirakına görə “Kapital bank”ın Gəncə filialının müdiri Paşayev Vüqar Yavər oğlu Daşkəsən rayon İcra hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Fəxri fərmanı Vüqar Paşayevə təqdim edib.
Bildirək ki, yaxın gələcəkdə “Kapital bank”ın Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə rayonun başqa yaşayış məntəqələrində də müxtəlif sosialyönümlü layihələr həyata keçirməsi nəzərdə tutulub.

Elmar Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

DAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Daşkəsəndə silsilə tədbirlər davam edir


Daşkəsəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib.
Aksiyada rayon İcra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər mütəşəkkilliklə iştirak ediblər.
Aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də ölkədə tədarük olunan qan ehtiyatını artırmaqdır.
Respublika Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.
Səhər saat 10-dan axşam 17-dək davam edən aksiya zamanı 400 nəfərdən çox könüllü müayinədən keçib və sağlamlığı imkan verən donorlardan qan götürülüb.

Elmar ƏLİYEV
RİHB-nin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Daşkəsəndə silsilə tədbirlər davam edirDaşkəsəndə silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər