Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına aqroparkla bağlı məlumat verildi.

Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.

Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

Prezident İlham Əliyev aqroparkın heyvandarlıq kompleksi və süni göl ilə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub.

Diqqətə çatdırıldı ki, idarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.

Prezident İlham Əliyev “Qarasu” yarımstansiyasını işə saldı.

Qeyd edək ki, regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev dedi: Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox.

Qeyd edək ki, 2015-ci ildən dövlətimizin başçısının kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşmasının şahidi olduq. Nəticədə məhsuldarlıq dəfələrlə artdı, xüsusi stimullaşdırıcı tədbirlər görüldü. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.

Sonra fermer Elşən Xəlilovun pambıq tarlasında səpinə start verildi.

Bu il Hacıqabulda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.

Prezident İlham Əliyev: Deməli, indi 2600 manat alacaqsan.

Elşən Xəlilov: Bəli, orada hər kiloqrama da 10 qəpik.

Prezident İlham Əliyev: Alış qiyməti də artıb?

Elşən Xəlilov: Bəli.

Prezident İlham Əliyev: Ona görə dövlət hər şeyi edib. Belə müasir texnikalar, bu traktorlar hamısı bizdə istehsal olunur?

Elşən Xəlilov: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Kombaynlar da ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.

Azərbaycan pambıqçılığın inkişafı üçün mövcud dəstək mexanizmləri sırasına aqrotexniki dəstək, yəni, fermerlərin toxum, gübrə, pestisid, herbisid, dərmansəpən maşınlar, kultivasiya işini həyata keçirən texnikalarla təminatı, dövlət xətti ilə ölkəyə kifayət qədər ən müasir pambıqyığan kombaynların gətirilməsi, satışa yardım - tədarükçü şirkətlərin müqavilə əsasında məhsulun hər tonunu sortdan asılı olaraq 550-650 manata satın alması, subsidiyaların ayrılması daxildir. Dövlət fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL


Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı, əvvəlcə, sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu.

Məlumat verildi ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev: Bunların qiyməti neçəyədir?

Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadək.

Prezident İlham Əliyev: Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?

Emin Axundov: Yaxın zamanlarda - bir ay, ay yarım ərzində.

Prezident İlham Əliyev: Yəni, dərhal?

Emin Axundov: Bəli, cənab Prezident.

Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.

Zavodla tanış olan dövlətimizin başçısı müəssisəni işə saldı.

Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.

Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək.

Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.

Sahibkar Elxan Bəşirov dedi ki, ilk növbədə, Hacıqabulda iş yerləri açmaq üçün burada istehsalat sahəsi yaratmaq istədik. Bizim işimiz tikinti materialları istehsal etməkdir. Burada xammal olmadığı üçün tikinti materialları istehsal edən zavodlar hazırlamağı qərara aldıq. Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Biz “açar-təhvil” prinsipi ilə işləyəcəyik. Belə təcrübə dünyada da var.

Sonra Prezident İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını etdi.

Məlumat verildi ki, müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.

Məhsulun keyfiyyəti və qiyməti məsələsinə gəldikdə isə Cengiz Aygör deyib ki, Azərbaycanda su istehsal edən müəssisələrə qab satırıq. Artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.

Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.

Prezident İlham Əliyev: Tələbat nə qədərdir?

Sahibkar: Bizdə tələbat 500 ton arasındadır. Ölkədə tələbat böyükdür.

Prezident İlham Əliyev: Bizim tara istehsal edən bir şirkət də var. Mən onların müəssisələrində də olmuşam.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Qeyd edək ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.

Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir.

Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Qeyd edək ki, Sənaye Məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır.

Sahibkar Ramazan Karaşahir dedi ki, Hacıqabul Sənaye Məhəlləsi Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Biz müəssisəmizi yaradarkən bu amili nəzərə almışıq. Müəssisəmizdə orqanik tərkibli gübrələr istehsal olunur.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏLAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər