Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu - YENİLƏNİB + FOTO

Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu - YENİLƏNİB + FOTO


Polis polkovniki Sadiq Gözəlov çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifəsindən azad edilib.
Oxu.Az məlumatına görə, 65 yaşlı polis polkovniki Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (mülki) vəzifəsindən azad edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə S.Gözəlov fəxri fərmanla təltif olunub.

Məlumatı DİN-nin Mətbuat xidməti təsdiq edib.

***

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

Qafqazinfo xəbər verir ki, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.

Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu - YENİLƏNİB + FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər