Xırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - Fotolar

Xırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - Fotolar


Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərindəki Şəhidlər Abidəsi tamamilə yenidən qurulur. Aparılan təmir-tikinti işləri ilə yerində tanış olmaq məqsədilə icra hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gəlib.

RİH başçısına bildirilib ki, Şəhidlər Abidəsinin ərazisi genişləndirilib, beton-bərkitmə işləri aparılıb. Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafına aqlay daşlar düzüləcək. Eyni zamanda abidəyə aparan yol da təmir edilib, ətrafı abadlaşdırılıb. Müxtəlif həmişəyaşıl ağac və gül kolları əkilib. Abidə yaxın günlərdə tam hazır vəziyyətinə gətiriləcək. RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.

İ.Gülməmmədova sonra Xırdalan şəhərinin Ə.Mirqasımov və Ş.Qurbanov küçələrinə baxış keçirərək burada aparılan asfaltlama işləri ilə tanış olub. Bildirilib ki, artıq işlərin böyük bir qismi başa çatıb. Hava şəraiti imkan verəcəyi təqdirdə qısa müddətdə görülən işlər tamamilə başa çatdırılacaq.

İ.Gülməmmədova daha sonra Xırdalan şəhər 3 saylı tam orta məktəbin yeni inşa edilməkdə olan tədris korpusuna baxış keçirib. Bildirilib ki, yeni korpusda həyata keçirilən təmir-tikinti işlərinin 90 faizi artıq başa çatdırılıb. RİH başçısı işlərin vaxtında yekunlaşdırılması istiqamətində öz tapşırıqlarını verib.

Xırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - FotolarXırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - FotolarXırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - FotolarXırdalanda Şəhidlər Abidəsi, məktəb körpüsü tikilir - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər