Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi

Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi


Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.

Bu barədə onun vəkili Aram Vardevanyan bildirib.

Bundan başqa, "168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur.

Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. (Report)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər