Səidə xanım Şahpələngova hər zaman xəstəxanada olaraq müraciət edən xəstələrə göstərilən tibbi xidmətlə yaxından tanış olur, öz lazımı göstərişlərini verir

Səidə xanım Şahpələngova hər zaman xəstəxanada olaraq müraciət edən xəstələrə göstərilən tibbi xidmətlə yaxından tanış olur, öz lazımı göstərişlərini verir


Bütün dünyada eləcə də ölkəmizdə COVİD19 virusu ilə mübarizə davam edir. Bu mübarizədə Saatlı Rayon Mərkəzi Xəstəxanasıda fəal şəkildə iştirak edir. Xəstəxananın baş həkimi Səidə xanım Şahpələngova başda olmaqla bütün tibbi heyət durmadan çalışır. Səidə xanım Şahpələngova günün bütün hissəsində xəstəxanada olaraq müraciət edən xəstələrə göstərilən tibbi xidmətlə yaxından tanış olur, öz lazımı göstərişlərini verir. Xəstəxanada dövlət obyeklərinin, virusa yoluxmuş insanların evləri dezinfeksiya olunur, həkimlərə müraciət edən xəstələri həkimlər müayinə edərək lazımı göstərişlərini verirlər. Vətəndaşlara göstərilən xidmətdə heç bir gecikdirilmədən söhbət belə gedə bilməz. Virusun yayılma sürətinin çoxluğunu nəzərə alaraq müraciət edən insanların sayında artımlar var. Lakin bu həkimlərin öz peşələrini vicdanla yerinə yetirmələrinə mane olmur. Biz də Bakuxeber.info olaraq xəstəxanamızda göstərilən tibbi xidmətin səviyyəsi ilə tanış olmaq üçün vaxtaşırı xəstəxanada oluruq. Hər getdiyimiz zaman Səidə xanım Şahpələngovanı iş başında görürük. Mövcud vəziyyətlə əlaqədar iş qarafikinin sıx olmasına baxmayaraq vətəndaşların problemlərinin həllinə şəxsən kömək etdiyinin şahidiyik.
Son olaraq vətəndaşlarımıza sağlamlıqlarının qeydinə qalmalarını, həkimlərin verdiyi tövsiyyələrə ciddi əməl etmələrini məsləhət bilirik. Tibbi maskalardan istifadə, ara məsafələrinin qorunması, insanların çox olduqları yerlərdən mümkün qədər uzaq olmaları, sanitar gigiyenik qaydalara əməl etmək insanların sağlamlığı üçün önəmlidir.

Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səidə xanım Şahpələngova - “ Möhtərəm cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli siyasəti, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu.

Azərbaycan müstəqil ölkədir və onun müstəqil siyasi xətti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Vətən müharibəsi bizim azadlıq müharibəmizdir, işğalçı Ermənistan isə yeni ərazilər əldə etməyə çalışır.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini təxribat törətməsilə bütün cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatlar başladı, mülki şəxslər həlak olublar, mülki infrastruktur obyektlərinə, təsərüffat sahələrinə ciddi ziyan dəyib. Ermənilər bənzəri olmayan vandalizim nümayiş etdirməklə xüsusiyyətlərini sübüt edirlər. Gecə vaxtı əhalisi yuxuda olan şəhər və kəndləri, hətta qəbirləri gülləbəran edirlər. Gəncə və Tərtərdə törədilən terror aktları isə Xocalı qətliyamı ilə birlikdə hərbi cinayətlər kimi şübhəsiz beynəlxalq məhkəməyə çıxarılacaq. Müzəffər Azərbaycan Ordusu uğurlu əks hücum, sülhə məcbur etmə əməliyyatı keçirməklə cavab tədbirləri görür.
Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz mülki əhalini hədəf seçmirik, bizim amansız qisasımız döyüş meydanıdır. O, dönə-dönə erməni analarına müraciət edib ki, övladlarınızı başqasının torpaqlarında ölümə göndərməyin. Erməni ordusu haqqında uydurma mifi Azərbaycanın qəhrəman oğulları darmadağın etdi. Ağır itkilər verən düşmən iflic vəziyyətdədir, işğalçı tərəf bütün cəbhə boyu təslim olmaq üzrədir. Ruh düşkünlüyü, fərarilik halları baş alıb gedir. Bizdə isə haqlı mübarizəmizdə hər gün qazanılan qələbələr, işğaldan azad olunan yaşayış məntəqələri, strateji yüksəkliklər bütün bunlar hamıya ruh yüksəkliyi, qürur verir, tam qələbə əzmini daha da artırır. Balalarımız maşallah necədə böyüdürlər, əsl düşmən çəpərinə çevrildilər. Onlar necədə qətiyyətlə ön cəbhəyə can atırlar! Allah qorusun! Azərbaycan vətəndaşları böyük həmrəyliklə Ali Baş Komandan - Cənab Prezidentin ətrafında sıx birləşib onun bütün qərarlarını anlayışla qarşılayır, böyük inamla ona güvənirlər. Müxtəlif ölkələrin telekanallarına, bəzi kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində dövlət başçımız qısa vaxt ərzində yığcam, lakin tam aydın şəkildə Qarabağın tarixini, münaqişənin yaranmasının izahını verir. Hər ölkə üçün verilən müsahibədə məhz həmin ölkəyə bəzi mesajlar ünvanlanır. Xalqa müraciətlərdə isə qarşısında sözünü üstündə durması, qətiyyəti, əzmi ilə əsl dövlət başçısının dolğun obrazını görürük. Xalqımız fəxr edir öz xilaskarı ilə. Onun iradəsini heç bir qüvvə, heç bir təzyiq qıra bilmədi. O, bizə qətiyyətli, iradəli, qürurlu olmağın gözəl nümunəsidir.
Budur əsl Liderlik. Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı. Ruhdan düşmək üzrə olan azərbaycanlılara yeni ruh verdiniz, özgüvənimizi qaytardınız, necə vətənpərvər, necə qeyrətli, hünərli xalq olduğumuzu önə çəkdiniz, cənab Prezident. 30 ilə yaxın müxtəlif beynəlxalq qrupların, qrumların etməli olub etmədyini siz öz əzminizlə həll etdiniz.
Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz, bizə başa saldınız ki, əslində biz çox xoşbəxt xalqıq, çünki taleyimiz dərin, düşüncəli, iti, məntiqli, uzaqgörən, təmkinli, tədbirli, güclü siyasi və taktiki bacarığı olan Sərkərdənin əlindədir. Çox sağ olun, minnətdarıq. Cənab Prezident, qürurlu günlərimizə, sevinc göz yaşlarımıza, sabaha olan böyük inamımıza görə!
Hər günümüz yeni səlnamə olmaqla ölkənin yeni şanlı tarixi yazılır. Var olsun odlar yurdu günəşli Azərbaycan!
Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər