Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB

Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB


Amerikalı virusoloq Dena Qreyson koronavirusdan sağalanlarda əvvəllər görülməyən və qalıcı olan fəsadlardan danışıb.

Bu barədə “NBC Chicago” telekanalına istinadla Qazeta.ru xəbər yayıb.

Bildirilib ki, keçmiş koronavirus xəstələri infeksiyanın fəsadlarından qurtulmaq üçün hələ uzun müddət müalicə edilə bilərlər.

Virusoloq xüsusilə kişilərin erektil disfunksiya (cinsi zəiflik) yaşaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, sağalandan sonra da xəstə təhlükəsiz olmayacaq, çünki virus ömürlük ağırlaşmalara səbəb ola bilər.(oxu.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər