Mehran Məmmədov: "Zavodda istehsal olunan şəkər tozu Azərbaycan bazarını təmin etməklə yanaşı, Orta Asiya ölkələrinə də ixrac edilir"

Mehran Məmmədov: "Zavodda istehsal olunan şəkər tozu Azərbaycan bazarını təmin etməklə yanaşı, Orta Asiya ölkələrinə də ixrac edilir"


"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin baş direktoru Mehran Məmmədov - İmişli Şəkər Zavodu (“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC) – Azərbaycanın iri sənaye şəhərlərindən biri olan İmişli Şəhərində yerləşir.7-8 mərtəbədən ibarətdir Cənubi qafqazın ən böyük şəkər zavodudur.Azərbaycanın ən böyük zavodlarındandır.Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir.

Hazırda zavod Azərbaycan bazarını şəkərlə tam təmin edir: "Zavodumuzun illik şəkər istehsal gücü 700 min tondur. Zavodun 2017-ci ildəki köklü yenidənqurmadan sonra istehsal gücü gündəlik 10 min tona çatdırılıb. Zavoda böyük yatırımlar qoyulub ki, məhsuldarlıq yerli məhsul sayəsində artsın və buna nail olunub. Hazırda zavodda istehsal olunan şəkər tozu Azərbaycan bazarını təmin etməklə yanaşı, Orta Asiya ölkələrinə də ixrac edilir".

"Ən önəmli məsələ budur ki, əkinçi, yerli fermer, yüz faiz əmin olur ki, zavodumuz onun becərdiyi məhsulun bəlli bir qiymətdə alıcısıdır. Yəni digər kənd təsərrüfatı bitkiləri əkən fermerlərdən fərqli olaraq o, gedib bazar axtarmayacaq, kimlərləsə qiymət razılığı ilə bağlı vaxt və enerji sərf etməyəcək. Artıq fermerlərimiz arxayın şəkildə öz işləri ilə məşğul olurlar və bilirlər ki, əkib becərdikləri məhsulu zavodumuza təhvil verəcəklər.

Bu, şəkər çuğunduru əkmək üçün ən böyük stimullaşdırıcı səbəbdir. Zavod müqavilə bağlanan andan, hətta torpaq seçimindən başlayaraq ən son prosesə kimi mülkiyyətçinin yanındadır. Yəni daim mülkiyyətçilərlə işlərimizi davam etdirir, əlaqələri kəsmirik. Öncə onlara torpağın seçimində yardım edirik. Onu da qeyd edim ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi"ndə aqrar departamenti var və burada təcrübəli kadrlar, əsasən də şəkər çuğunduru ilə bağlı sahəni dərindən bilən mütəxəssislər çalışırlar. Yəni mütəxəssislərimiz düzgün torpaq seçimində, daha sonra torpaq sahəsində hazırlıq işlərinin necə aparılmasında fermerlərimizə məsləhət verirlər. Eyni zamanda, zavodla bağlanan müqavilə əsasında biz mülkiyyətçiyə lazım olan toxumdan tutmuş gübrə, pesdisid, herbisit və digər dərmanlar veririk. Bütün proses boyu, şəkər çuğundurunun vegetasiya dövrünün sonuna kimi bizim aqronomlar daim mülkiyyətçilərlə əlaqədə olub onlara öz yardımlarını edirlər".

İstehsal müəssisəsi tərəfindən əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, iş yerlərinin artırılması, əkinçi və fermerlərin şəkər çuğunduru əkinçiliyinə marağının artırılması məqsədilə torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla müəssisə tərəfindən bütün maddi dəstək göstərilir: "Bir daha vurğulamaq istəyirəm ki, fermerlərə göstərilən diqqət və qayğının artırılması, onlara öz töhfələrini verməsi üçün müəssisə tərəfindən yerli aqronomlar bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb ediliblər. Son 16 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsi ilə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermerlərlə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlik xidmətləri sahələrindəki tövsiyələr “Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən yerinə yetirilməkdədir".

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin baş direktoru Mehran Məmmədovdur.

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin baş direktoru Mehran Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mehran Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mehran Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mehran Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mehran Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mehran Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin baş direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!.

Ona etibar edilən bütün işlərdə Mehran Məmmədov özünü doğruldub. Bizdə hörmətli Mehran Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər