Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir

Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir


Köçərli kəndində icra başçısının səyyar qəbul-görüşü oldu

Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir


Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahı yaxşılaşdığını qeyd etdi.

Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib. İslahatlar bir çox sahələri əhatə edir. Yeni Azərbaycan Partiyası siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü də bu islahatların məntiqi davamıdır.

Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.

İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsində abadlıq işləri, asfaltlanma aparıldığını qeyd etmişdir.

Rayon rəhbəri 2020-ci ildə rayonun Köçərli, Azad Qaraqoyunlu kəndlərinə də içməli su xətti çəkiləcəyini, kəhrizlərin də bərpa olunacağını vurğulamışdır. Qeyd olunmuşdur ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sonra Köçərli kənd İƏD nümayəndə Mübariz Yunusov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Köçərli kəndinin 420 təsərrüfatı,1281 hektar ərazisi var. Kənddə 1757 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 7 ticarət, 8 iaşə, 2 məişət obyekti, 1 ATS fəaliyyət göstərir.

Bu il Köçərli kəndinin sakinləri 24 hektar buğda, 277 hektar pambıq, 115 hektar arpa, 162 hektar yonca, 9 hektar çuğundur, 94,5 hektar tərəvəz əkiblər. Hər hektardan 40,1 sentner taxıl, 42,2 sentner pambıq, 31,5 sentner arpa, 250 sentner çuğundur götürüblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz ilə təmin olunduğunu, su arxlarının 3500 metrinin lildən təmizləndiyini, 1500 metr kəndarası yolun təmir olunduğunu, ərazidə 400 ədəd ağac əkildiyini, 1 ədəd yeni transformator quraşdırıldığını bildirmişdir.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Saməddin Hacıyev, Rəna Əsgərova, Bayram Məmmədov, Elçin Zeynalov, Müşgünaz Qəmbərova, Ziyəddin Nəcəfov, Abbas Əliyev, Əkbər Hacıyev çxış edərək kəndin baş yolunun asfaltlanmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, kəndə içməli su çəkilməsinə, 1 ədəd yeni artezian quyusunun qazılmasına, əkin sahələrinin relyefinin düzəldilməsi üçün müvafiq texnikaya, təqaüdçülər üçün rayon mərkəzinə getmək çətin olduğuna görə 1 ədəd bankomata ehtiyac olduğunu bildirdilər.

Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir


P.S. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Müstəqim Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2020-ci ildə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər