İsmayıl Həsənov: Ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilir

İsmayıl Həsənov: Ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilir


Cari dərs ilində rayonun təhsil müəssisələrində daha yüksək dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır

Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Təbii ki, hələlik bizim dünyada ən mükəmməl təhsil sistemlərindən birinə sahib olduğumuzu iddia etmək çox tezdir. Digər tərəfdən isə, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə Azərbaycan artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır.

Bir həqiqətdir ki, bu gün ölkəmizdə yeni təhsil müəssislərinin tikintisi, köhnələrin təmir-bərpa olunması və yenidən qurulması, bu müəssisələrin müasir tədris avadanlıqları, informasiya-kommunikasiya texnologiyaları və elmin ən son nailiyyətləri ilə tanış olmaq imkanı verən laboratoriyalarla təchiz edilməsi məsələsi Azərbaycanda hər gün şahidi olduğumuz, müşahidə etdiyimiz proseslərdir. Birbaşa Ölkə Prezidentinin nəzarətində həyata keçirilən bu proseslər isə əlbəttə ki, təhsil sisteminin inkişafına aparan yolun formalaşmasına xidmət edir. Bu gün biz bu inkişafı davamlı olaraq müşahidə etməkdəyik.

Təbii ki, ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi də ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilir. Bu baxımdan, hazırda Ağcabədi rayonunun təhsil sahəsində müşahidə edilən sürətli inkişaf da, məhz Ağcabədi Rayon Təhsil Şöbəsinin uğurlu fəaliyyətinin göstəricisi kimi qeyd oluna bilər. Qeyd edək ki, Ağcabədi Rayon Təhsil Şöbəsi 1965-ci ildən fəaliyyət göstərir.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənovdur.

Həsənov İsmayıl Qulu oğlu 01 aprel 1959-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu Rəncbərlər kəndində anadan oluşdur. 1967-ci ildə Ağcabədi rayon Rəncbərlər kənd 8 illik məktəbin I sinifinə daxil olub, 1977-ci ildə Hüsülü kənd orta məktəbin X sinifini bitirmişdir.

1978/1980-ci illərdə, Ağcabədi rayonu Ə.Bünyadov adına kolxozda kolxozçu işləmişdir. 1980-cı ilədən Ağcabədi rayonu Pionerlər evində dərnək rəhbəri kimi fəaliyyətə başlamış, 1981/1983-cü illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1984-cü ilədək dərnək rəhbəri işini davam etdirmişdir.

1983-cü ildə Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunun tarix və içtimaiyyət fakültəsinə qiyabi daxil olub, 1988-ci ildə institutu bitirmişdir.

1984/1985-ci illərdə Ağcabədi rayon Rəncbərlər kəndində fərdi əməklə məşğul olmuşdur. 1985/1986-ci illərdə Ağcabədi rayonu Təsərrüfatlararası Melorasiya Müəsisəsində mexanik işləmişdir.

1986-ci ildən Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbində müəllim, 1999-cu ildən həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2006-cı il tarixdən Ağcabədi rayon M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində direktor vəzifəsində işləmişdir.

2018-ci ilin sentyabr ayından hal-hazıra kimi rayon Təhsil Şöbəsində müdir vəzifəsində işləyir.


Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İsmayıl Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. İsmayıl Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İsmayıl Həsənovdən danışdılar yaxşı ki, İsmayıl Həsənov Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… İsmayıl Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İsmayıl Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

İsmayıl Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İsmayıl Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İsmayıl Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İsmayıl Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İsmayıl Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İsmayıl Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İsmayıl Həsənov özünü doğruldub. Bizdə hörmətli İsmayıl Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
İsmayıl Həsənov: Ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilirİsmayıl Həsənov: Ölkənin təhsil sisteminin ümumi inkişaf səviyyəsi ayrı-ayrılıqda götürülmüş müəssisələrin, eləcə də rayon və bölgələrimizdə təhsil sistemlərinin cari durumları ilə müəyyən edilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər