İranda internetin kəsilməsinə görə şirkətlərə kompensasiya veriləcək

İranda internetin kəsilməsinə görə şirkətlərə kompensasiya veriləcək


İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin kəsildiyi müddətdə zərər çəkmiş şirkətlərə kompensasiya verilməsi üçün proqram hazırlayıb.
Azərtac xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat verib.

O bildirib ki, bəzi şirkətlər bir ay müddətində pulsuz internetlə təmin olunacaqlar. Proqram hökumət tərəfindən təsdiq edildikdən və ölkə prezidentinin müvafiq sərəncamından sonra kompensasiyalar veriləcək.

Nazir ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaya gülərək münasibət bildirib. M.A. Çəhromi deyib ki, heç bir xarici dövlətdə ona aid bank hesabı yoxdur, buna görə də sanksiyalar mənasız və məntiqsiz görünür.
Xatırladaq ki, ötən həftə İranda baş verən iğtişaşlara görə ölkə ərazisində internet kəsilmişdi. İnternetin kəsilməsi nəticəsində bir sıra dövlət və özəl şirkətlərin işində problem yaratmışdı ki, bunun da nəticəsində onlar maliyyə itkisinə məruz qalıblar.

İranda internetin kəsilməsinə görə şirkətlərə kompensasiya veriləcək
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər