FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib

FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib

İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib.

Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. O da məlum olub ki, ev sakini 10 saata yaxın köməksiz vəziyyətdə qalıb. Həyatı xilas edilən Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər