“Neftçi”nin oyununda sonunda dava: “Buna görə adam öldürürlər” – Video

“Neftçi”nin oyununda sonunda dava: “Buna görə adam öldürürlər” – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Sumqayıt” matçında xoşagəlməz hadisə yaşanıb.

APA-nın məlumatına görə, baş hakim Səbuhi Bayramovun görüşə əlavə etdiyi dəqiqələrdə “ağ-qaralar” feyr-pleyə əməl etməyərək, fərqləniblər.

Qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz “Sumqayıt”ın qapısına yol tapıb.

Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra “Sumqayıt”ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, “Neftçi”li onu öpüb.

Sumqayıtın baş məşqçisi oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırarkən belə deyib:

” Futbol aqressiya oyunudu. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə adamı öldürürlər. Bəlkə, Ukraynada onun üçün normaldı. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onun sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı”.

Qeyd edək ki, məhz S. Monrozun vurduğu qol “Neftçi”yə qələbə qazandırıb – 2:1.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər