ATV kanalının ən uzun ömürlü serialı olan “Bacanaqlar” final edib. Bu barədə ekran işinin instaqram səhifəsində məlumat verilib. Qeyd olunub ki, 10 ilə yaxındır ki, tamaşaçı qarşısına çıxan layihə 444-cü bölümdə tamaşaçılarla vidalaşıb.
“Hər gözəl başlanğıcın bir sonu olur. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq”.