Ağdaş rayonunun əkinçilik sahələrinin suvarma suyu ilə təminatında Pirəzə Mexaniki Suvarma İdarəsinin də öz payı var

Ağdaş rayonunun əkinçilik sahələrinin suvarma suyu ilə təminatında Pirəzə Mexaniki Suvarma İdarəsinin də öz payı var













İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İlham Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Pirəzə MSİ-nin rəisi İlham Əliyevdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illər kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı sayəsində ölkədə kənd təsərrüfatı canlanmağa başlayıb. Ölkəmizdə aqrar sektorun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı sahələrinin inkişafı xüsusi önəm daşıyır. Bu məqsədlə yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi əsas istiqamət kimi müəyyən edilmişdir.

Ağdaş rayonunun əkinçilik sahələrinin suvarma suyu ilə təminatında Pirəzə Mexaniki Suvarma İdarəsinin (Pirəzə MSİ) də öz payı var. Bu idarə Ağdaş rayonunun Pirəzə kəndində Kür çayının sol sahilində yerləşir. Kür və Türyançay çaylarında quraşdırılmış nasos stansiyaları vasitəsilə Ağdaş və Yevlax rayonunun 11 kəndini və meşə əkinlərinin mexaniki üsulla suvarılmasını təmin edir.

Pirəzə MSİ-nin rəisi İlham Əliyevlə söhbətimiz zamanı məlum oldu ki, ümumiyyətlə, idarə 9650 hektar sahənin suvarılmasına xidmət edir. Kür və Türyançay çaylarında mənbədən 71,5 min kubmetr su verilməsi planlaşdırılmış və nəzərdə tutulan qədər ərazi suvarma suyu ilə təmin edilmişdir.

Xidmət ərazilərində 1641 hektar pambıq, 2020 hektar taxıl 79 hektar çəltik, 2066 hektar köhnə yonca, 555 hektar təzə yonca, 627 hektar həyətyanı sahə, 420 hektar bostan tərəvəz, 457 hektar örüş- biçənək, 1785 hektar təbii meşə ərazilərində mexaniki üsulla və Türyançay kanalından öz axımı ilə suvarma aparılmışdır.

Pirəzə MSİ-nin nəzarətçiləri tərəfindən sahələrdə həyata keçirilən suvarma işlərinə mütəmadi nəzarət edilir. Suvarma suyunun təminatında yaranan hər hansı problem barədə idarədə yaradılmış növbətçilərə məlumat verilir və həmin problem tezliklə həll olunur. Pambıq və çəltik ölkəmiz üçün strateji əhəmiyyət kəsb etdiyi üçün hər iki bitkinin əkin sahələrinin suvarma suyu ilə təchizatına xüsusi nəzarət olunur.

Yeri gəlmişkən, əkin sahələrinin keyfiyyətli və səmərəli suvarılması üçün 16 elektrik nasos stansiyası, 25 müxtəlif tipli dizel nasos stansiyaları fasiləsiz olaraq işləyirlər. Pirəzə MSİ bu işləri vaxtında çatdırmaq üçün bütün gücü ilə ilə səfərbər olunaraq gücləndirilmiş iş rejimində işləyir.


Pirəzə MSİ-nin rəisi İlham Əliyev və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlham Əliyevdən danışdılar yaxşı ki, İlham Əliyev Pirəzə MSİ-nin rəisi təyin olunub… İlham Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlham Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

İlham Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlham Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Pirəzə MSİ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Əliyev özünü doğruldub. Bizdə hörmətli İlham Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ağdaş rayonunun əkinçilik sahələrinin suvarma suyu ilə təminatında Pirəzə Mexaniki Suvarma İdarəsinin də öz payı varAğdaş rayonunun əkinçilik sahələrinin suvarma suyu ilə təminatında Pirəzə Mexaniki Suvarma İdarəsinin də öz payı varБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər