"Qapını açanda Zeki və Metini alt paltarlarında, qan-tər içində görüb şoka düşmüşdü" — Metin Akpınar

"Qapını açanda Zeki və Metini alt paltarlarında, qan-tər içində görüb şoka düşmüşdü" — Metin Akpınar















Türkiyənin tanınmış aktyoru Metin Akpınar 2015-ci ildə rəhmətə gedən aktyor Zeki Alasya haqqında danışıb.
"Ölkə.Az" Türkiyə mediasına istinadən xəbər verir ki, Akpınar mərhum həmkarı haqqında "Nazim Hikmətin dediyi kimi, yarın yanağından başqa hər şeydə ortaqlığımız var idi. Anam, atam yuxuma girmir, amma Zeki girir. Nur içində yatsın, gözəl adam idi" deyib.

Metin Akpınar Zeki Alasyanın foto çəkməyi çox sevdiyini bildirib və onunla bağlı maraqlı bir əhvalatı yada salıb:
"Onun Rusiya istehsalı olan fotoaparatları var idi. Qastrollara gedəndə qaranlıq otaq düzəldərdi. Həmin otaqlarda birlikdə şəkil çıxardırdıq. Tərkibində gümüş nitrat maddəsi olan 3 vanna hazırlayardı. Hətta qaraciyər xəstəliyinə məhz bu səbəbdən tutulduğunu düşünürəm. Şəkil çıxarma məqamında qəribə sözlərdən istifadə edərdik. Bas, qoy, gəlir, aman, dayan, bir barmaq at, aman gəldi və s. Bunlar həm də erotik olaraq düşünülə bilən ifadələrdir. Bir dəfə Ankarada oteldə qalırıq, hava da çox istidir. Ona görə otaqda alt paltarlarında gəzirik. Oteldən içməyə bir şeylər istədik, uşaq gəldi, qapını döyən zaman biz bu işləri görürdük və o, bütün bu sözləri eşitdi. Qapını açanda Zeki və Metini alt paltarlarında, qan-tər içində görüb şoka düşmüşdü, hər halda bizi səhv başa düşmüşdü.

Ortağım möhtəşəm adam idi. Qastrollarda elə vaxt olurdu 45 günə qədər qalırıdıq. Ona görə də özümüzlə içərisində balıqlar olan akvarium da aparırdıq"."Qapını açanda Zeki və Metini alt paltarlarında, qan-tər içində görüb şoka düşmüşdü" — Metin Akpınar"Qapını açanda Zeki və Metini alt paltarlarında, qan-tər içində görüb şoka düşmüşdü" — Metin AkpınarБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər