Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – VİDEO

Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – VİDEO















Gənc şair Aqşin Yenisey öz Facebook səhifəsində qonaqlarını “ağ yuyub qara sərən” teleaparıcı Elçin Əlibəylini tənqid edib. Belə ki, Elçin Əlibəyli həmişəki kimi, proqramına dəvət etdiyi qonağı kəskin tənqid etməklə qalmayıb, “qələt edirsən, başını daşa döyürsən ” kimi ifadələr işlədib. O şair Elşad Baratı xalq şairi Bəxtiyar Vahabzadəni tənqid etdiyinə görə təhqir edib.

“Elçin Əlibəyli Elşad Baratı verilişinə çağırıb danlayır ki, sən qələt edib Bəxtiyar Vahabzadəni tənqid etmisən, Bəxtiyar Vahabzadə sən yaşda olanda cənub mövzusundan yazırdı, qaçqınların vəziyyətini görəndə göz yaşlarını saxlaya bilmədi. Sən nə vaxt cənub mövzusundan yazmısan və qaçqın görəndə ağlamısan? Əziz dostum Elçin, on beş ilə yaxındır efirdəsən, yaradıcılıqla məşğulsan. Bəs sən nə vaxt cənub mövzusunu öz verilişlərinin birində müzakirəyə çıxarmısan, nə vaxt bir qaçqının dərdini efirdə işıqlandırmısan? Nə vaxt efirə çağırdığın şairə zəng vurub demisən ki, bu dəfə boşanan arvadları yox, Təbriz fədailərini müzakirə edəcəyik? Bir yiyəsiz şairi ayağından asmaq üçün adam özü bu suallara cavab verməli deyilmi? Üç gündür İran-Ermənistan söz-söhbətləri aləmi başına götürüb, hünərin varmı bu mövzunu öz verilişində efirə çıxarasan? Cənub mövzusunda indiyədək ədəbiyyatımızda bircə ciddi yazı yazılıb, onu da qətlə yetirilən Rafiq Tağı yazıb. Bircə dəfə efirdən Rafiq Tağının adını çəkməyə cürət etmisənmi? Beş-altı yoluq şair tapıbsınız, sağdan da döşəyirsiniz, soldan da. Əmoğlu, varsa, içinə bir az da kəkotu at”

Qeyd edək ki, E.Əlibəyli bir müddət öncə də Maral Tahirıqızını verilişindən qovduğu üçün ictimai qınağa məruz qalmışdı.

Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – VİDEO


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər