Aylıq əmək haqqı artdı - Rəsmi

Aylıq əmək haqqı artdı - Rəsmi

















Bu ilin yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Dövlət Statistika komitəsindən Fins.az-a verilən məlumata görə, ilk 4 ayda orta maaş 520,5 manat təşkil edib

Əmək haqqı neft sektorunda 3 153,7 manat, qeyri-neft sektorunda 458,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 386,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 714 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər