Azərbaycanda iş tapmaq asanlaşdırılır

Azərbaycanda iş tapmaq asanlaşdırılır

















Azərbaycanda işəgötürən və iş axtaranlar üçün elektron vakansiya sistemi hazırlanır. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tərəfindən hazırlanan yeni sistem vasitəsilə vətəndaşların məşğulluq xidmətinə gəlməsinə ehtiyac qalmayacaq

Bu barədə nazir Səlim Müslümov jurnalistlərə məlumat verib. Azərbaycanda işəgötürən və işaxtaranlar elektron sistem vasitəsilə bir-birlərini tapa biləcəklər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni virtual vakansiya sistemi yaradılır.

S. Müslümov deyib ki, yeni sistem istifadəyə verildikdən sonra vətəndaşın məşğulluq xidmətlərinə gəlmələrinə ehtiyac qalmayacaq.

Nazir Azərbaycanda iş üçün müraciət edənlərin sayının azaldığını da deyib. Onun sözlərinə görə, bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün məşğulluq orqanlarına müraciət edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 141 min 651 olub.

Səlim Müslümov hazırda ölkəmizdə fəhlə peşələri üzrə kadrların az olduğunu, işaxtaranların əksəriyyətinin isə qazancı az olsa belə, zəhmətsiz iş axtardıqlarını bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər