Natiq Əliyevə vida mərasimi başladı

Natiq Əliyevə vida mərasimi başladı

















Mərhum nazir Natiq Əliyevlə vida mərasimi başlayıb. Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir

***

Energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Mərhumla vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Vida mərasimindən sonra Natiq Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər