Ona etibar edilən bütün postlarda Ədalət Muradov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Ədalət Muradov özünü doğruldub










Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Ədalət Muradov qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib

100-dən artıq beynəlxalq və yerli konfranslarda, o cümlədən Beynəlxalq Peterburq İqtisadi Forumu (iyun, 2013); İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu, Dünya Bankı (5-6.03.2012, Bakı); İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2-3.03.2012, Bakı); “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” (28.04.2010, Bakı); “Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli” (04.06.2010, Bakı); “Diversification through innovation: prospects for growth” (5-7.05.2010, Berlin); “Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf məqsədlərinə nail olunmasında Rəqabət siyasətinin rolu” (27-28.09.2005, Bakı, UNCTAD); “Distribution services” (14-16.11.2005, UNCTAD, Cenevrə); Trade and development implications of financial services (20-21.09.2007, UNCTAD, Cenevrə); “Qloballaşma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi” (28-29.08.2003, UNESCAP, Bakı) və s. iştirak və çıxış etmişdir.

İngilis, ukrayna və rus dillərini bilir.


-Ədalət Muradov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

-Ədalət Muradov yüksək insanlığı ilə seçilən bir insan və Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur!

-Ədalət Muradov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

-Ədalət Muradov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda tələbələrin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruluk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Ona etibar edilən bütün postlarda Ədalət Muradov özünü doğruldub. Bizdə hörmətli Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər