94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyev rəhbərliyin etimadını daim doğruldur

 94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyev rəhbərliyin etimadını daim doğruldur












Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyevdir.

Bu qabaqcıl təhsil ocağı 1970-ci ildə tikilib istifadəyə verilib. 2008-2009-cu dərs ilində əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və akt zalları qaydasındadır. Təbii ki, yaradılan şərait təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyevin adı, Sabunçu rayon ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

94 nömrəli məktəbin direktoru Şəmsəddin Vəliyev üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Şəmsəddin Vəliyev dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Şəmsəddin Vəliyev tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də məktəbin direktoru Şəmsəddin Vəliyev məktəbin müəllimləri ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı siniflərdə dərslərdə olmuşdur.

Bütün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərdiyi qayğıya görə məktəb müəllimləri və valideynlər Şəmsəddin Vəliyevə təşəkkür edirlər.
Yaxşı ki Şəmsəddin Vəliyev 94 nömrəli məktəbin direktoru seçilib… Şəmsəddin müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Bizdə hörmətli Şəmsəddin Vəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər