Böyükağa Həsənov rəhbərliyə sadiq insandır

Böyükağa Həsənov rəhbərliyə sadiq insandır













Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik sədr Böyükağa Həsənovdur.

Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik sədr Böyükağa Həsənov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Aşağı Güzdək ərazisində Böyükağa Həsənovun rəhbərliyi altında genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilir, qəsəbənin su problemi aradan qaldırılıb. Aşağı Güzdək qəsəbəsində elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması ilə bağlı qaldırılmış problemlərin həlli məqsədilə səyyar qəbuldan ötən müddət ərzində qəsəbə ərazisində 23 ədəd 6 kv-luq dayaq basdırılmaqla 3 ədəd 250 kva-lıq, 2 ədəd 400 kva-lıq, cəmi 5 ədəd transformator quraşdırılıb.

Abadlıq məqsədilə qəsəbənin girişində olan avtomobil yolunun ətrafına və daxili küçələrə 3000 kubmetr çınqıl tökülərək yayılıb. Qəsəbənin daxilində Həzi Cavadov küçəsində olan hasarlar suvanıb, dayanacaq quraşdırılıb və hazırda daxili küçələrin kənarı ilə piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilərin tikintisi davam etdirilir. Qəsəbədə antisanitariya vəziyyəti yaradan bir çox zibilliklər, xüsusilə ümumtəhsil məktəbi yaxınlığında olan zibillik ləğv edilib, məişət tullantılarının hər gün daşınmasına nail olunub. Qəsəbə ərazisindəki gölün və dəmir yolunun ətrafında olan məişət tullantıları müvafiq qaydada daşınaraq zərərsizləşdirilib və əraziyə torpaq və çınqıl tökülüb.

Ona etibar edilən bütün postlarda Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik sədr Böyükağa Həsənov özünü doğruldub. Bizdə hörmətli Böyükağa Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər