“Qaçqınkom”da kütləvi ixtisar - Pul azaldıldı

“Qaçqınkom”da kütləvi ixtisar - Pul azaldıldı

















Dünya Bankı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayırdığı maliyyə yardımını bir neçə dəfə azaldıb

Daxil olan məlumata əsasən, maliyyə yardımının azaldılması səbəbindən artıq Komitə işçilərin ixtisarına başlayıb. Mənbənin dediklərinə görə, hətta bəzi şöbələrdə hər 10 nəfərdən 7-sinin işinə son veriləcək:

“Maliyyə problemləri səbəbindən ixtisarlar kütləvi hal alıb. Səbəb isə Dünya Bankının Komitəyə verdiyi maliyyə yardımını dəfələrlə azaltmasıdır. Bu isə Komitədə daxili narazılıq yaradıb. İşçilərin işdən çıxarılması şöbələr arasında qruplaşma yaradıb.”.

Qeyd olunur ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüb. Məlumatlara görə, görüşdə sözügedən məsələ də müzakirə edilib. (cebhe.info)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər