Vəzifəsini şərəflə yerinə yetirən - Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov - ÖZƏL

Vəzifəsini şərəflə yerinə yetirən - Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov - ÖZƏL







Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Firdovsi Cəbrayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Firdovsi Cəbrayılovun adı, Səbayıl ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Heç bir qüvvə Firdovsi Cəbrayılovu heç vaxt əqidəsindən döndərə bilməz.

Firdovsi Cəbrayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Firdovsi Cəbrayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Firdovsi Cəbrayılov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Firdovsi Cəbrayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Firdovsi Cəbrayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Firdovsi Cəbrayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səbayıl rayon bələdiyyənin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!



Vəzifəsini şərəflə yerinə yetirən - Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov - ÖZƏL
Vəzifəsini şərəflə yerinə yetirən - Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov - ÖZƏL
Vəzifəsini şərəflə yerinə yetirən - Səbayıl rayon bələdiyyənin sədri Firdovsi Cəbrayılov - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər