“Azərbaycan Turizm İnstitutu Məzunları” İB-nin həyata keçirdiyi “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilib

“Azərbaycan Turizm İnstitutu Məzunları” İB-nin həyata keçirdiyi “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilib

















Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi birgə təşkilatçılığı ilə “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi həyata keçirilib.

Bağlanış mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov və bir sıra media nümayəndələri iştirak edib.

Bağlanış mərasiminə açılış nitqi ilə başlayan ictimai birliyin sədri Ağamir Ağamirov layihə çərçivəsində görülən işlər haqqında cənab Eldar Aslanova və media nümayəndələrinə məlumat verib.

Sonra çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən cənab Eldar Aslanov ölkəmizin turizm potensialının yükəsk olmasını və Azərbaycan Coğrafiyasının, Etnoqrafiyasının, Tarixinin, Arxeologiasnını, Mədəniyyət və İncəsənətinnin tanıdılmasında peşəkar bələdçilərin əhəmiyyətinin böyük olduğunu vurğulayıb və layihə iştirakçılarına bu məsuliyyəti və çətin peşə yolunda uğurlar arzu edib.

Daha sonra layihə iştirakçıları Sertifikatlarla təltif edilib.

Qeyd edəki, “Gənc Turizm Bələdçisi” layihəsi çərçivəsində 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılması məqsədi ilə turizm sahəsində təhsil alan, və könüllü fəaliyyət göstərən yüksək səviyyədə müxtəlif xarici dil biliyinə malik tələbə və gənclər arasından bir qrup iştirakçı seçilərək, Turizm Bələdçiliyinin bütün nəzəri və praktiki biliklərinin öyrədilməsi məqsədi ilə təlimlər keçirilmişdir.

Təlimlər Azərbaycan Turizm və Menecment Universitetində Turizm Bələdçilərinin Attestasiyası Komissiyasının üzvləri tərəfindən Azərbaycan Coğrafiyası, Etnoqrafiyası, Tarixi, Arxeologiası, Mədəniyyət və İncəsənəti, Bələdçi texniki peşə bilikləri mövzusu üzrə 12 gün həyata keçirilmiş o, cümlədən "Atəşgah məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Mərdəkan Dendrarisi və qalasına, Ramanı Qalasına, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Azərbaycan Xalça Muzeyinə 7 gün praktiki ekskursiya təşkil olunmuşdur.

Layihədə iştirak edən tələbə və gənclər Attestasiyası Komissiyası tərəfindən imtahan edilərək, imtahandan uğurla keçən şəxslərə Bələdçilik lisenziya sertifikatları veriləcəkdir. Sertifikat almış bütün şəxslərin adlı siyahısı 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Könüllülərlə iş şöbəsi ilə bərabər gələcəkdə Bələdçik fəaliyyətini davam etdirmək məqsədi ilə bütün turizm agentliklərinə göndəriləcəkdir.


“Azərbaycan Turizm İnstitutu Məzunları” İB-nin həyata keçirdiyi “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilib
“Azərbaycan Turizm İnstitutu Məzunları” İB-nin həyata keçirdiyi “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilib
“Azərbaycan Turizm İnstitutu Məzunları” İB-nin həyata keçirdiyi “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər