Azad Şərifov: Prezident cənab İlham Əliyevin uğurlu islahatlar kursu əmək və sosial müdafiə sistemində yeni inkişaf mərhələsinə yol açıb

Azad Şərifov: Prezident cənab İlham Əliyevin uğurlu islahatlar kursu əmək və sosial müdafiə sistemində yeni inkişaf mərhələsinə yol açıb










Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Cənab Prezidentin beşinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı vurğuladığı kimi, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir: “Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir”.

Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son iki ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı 25-dən çox fərman və sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiə siteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb.


Son illərdə dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. Dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”, deyə bəyan edib.

Bütün bunlar ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasətin böyük uğurlarla müşayiət olunmasının və onun səmərəlilik dərəcəsinin daim yüksələn xətt üzrə inkişaf etməsinin bariz formada özünü göstərən təzahürləri, eləcə də qarşıdakı dövr ərzində əldə olunan nailiyyətlərin miqyasının daha da genişlənməsi üçün möhkəm təməllərə söykənən zəminin formalaşmasının real göstəricisidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər