Lapşin üçün çırpınanlar Rusiya vətəndaşı Dilqəmi niyə yada salmır?

Lapşin üçün çırpınanlar Rusiya vətəndaşı Dilqəmi niyə yada salmır?






Azərbaycanın işğal edilmiş ərazilərinə bir neçə dəfə səfər edən və qondarma “Dağlıq Qarabağ rejimi”ni dəstəkləyən yazılarla çıxış edən bloger Aleksandr Lapşin ölkəmizin sorğusu əsasında saxlanılaraq, Belarusdan Azərbaycana təhvil verilib. Bu məsələdə maraqlı məqamlardan biri odur ki, Lapşin də Rusiya vətəndaşıdır, qondarma rejim tərəfindən ömürlük həbsə məhkum olunan Dilqəm Əsgərov da. Amma Rusiya Lapşinlə bağlı atdığı addımları nədənsə, vətəndaşı olduğu Dilqəmə sərgiləmədi. Hətta Lapşinin müdafiəsi üçün mümkün hüquqi tədbirlərin görüləcəyini deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və digər rəsmilər Dilqəm Əsgərovu vəkillə belə təmin etmədilər.

Məsələ ilə bağlı Yeniçağ.Az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya qərəzli siyasət yürütməyə adət edibdir.

Onun sözlərinə görə, rəsmi Moskva dünya qaydaları ilə hərəkət etməyi sevmir:

“Bu ölkə dövlətlərarası münasibətlərdə gərginlik yarada biləcək məqamları seçməyi sevir. Ona görə də Lapşin məsələsi də buradan qaynaqlanır. Dilqəm Əsgərova gəlincə, Lapşindən fərqli olaraq, o, öz doğma torpağına gedib. Lapşin isə 3 ölkənin vətəndaşı kimi elə bir hərəkət edib ki, bu ancaq bulanıq suda balıq tutmağa bərabərdir. Bloger olaraq, Azərbaycanın ərazi bütövlüyünü təhdid edib. Lapşinin həbs edilərək, ölkəmizə gətirilməsi bir növ Rusiyanın məğlubiyyətidir. Blogerlə bağlı Azərbaycan qanunvericiliyi çərçivəsində istintaq hərəkətləri aparılacaq. Verdiyi cavablardan asılı olaraq, sonrakı taleyi də müəyyənləşəcək. Ona kənardan heç bir hüquqi dəstəyə ehtiyac qalmayacaq. Lapşinin peşman olması artıq indidən məlumdur”.

Q. Hüseynli deyib ki, Lapşinlə bağlı həm İsrail, həm də Rusiya xarici işlər nazirlikləri müraciət edib:

“Biz də şəhid Çingiz Qurbanovun nəşinin qaytarılması üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət etmişdik. Çünki Ermənistan adlı dövlət yoxdur, Rusiyanın bir quberniyasıdır. Bundan xeyli əvvəl isə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətlər olub. Şahbaz Quliyevin də həyat yoldaşı Rusiya vətəndaşıdır. Göründüyü kimi bu insanların hər ikisinin Rusiya ilə bu və ya digər şəkildə bağlılığı var. Onların yeganə günahı odur ki, doğulduqları və indi erməni işğalı altında olan Kəlbəcərə gediblər. Axı Ermənistan hansı sərhəddən danışır, o sərhədləri kim tanıyıb? İşğal olunmuş ərazilərə hansı beynəlxalq hüquqla sərhəd statusu verilib və bu sərhəddi keçənləri də həbs edib, mühakimə edirlər? Bunların hamısı boş və cəfəng fikirlərdir. Rusiyanın mövqeyi də özünü biabır etməkdən başqa bir şey deyil”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər