Azərbaycanda həkim intihar etdi - Prokurorluq araşdırmaya başladı

Azərbaycanda həkim intihar etdi - Prokurorluq araşdırmaya başladı











İsmayıllı rayonunda intihar hadisəsi baş verib

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb. Uzun illərdir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində stomatoloq həkim kimi çalışan Çingiz Bədirovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Ailə üzvləri onun intihar etməsindən gec xəbər tutublar və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər