Şər və Böhtan yazanlara tutarlı cavab - Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov - Özəl

Şər və Böhtan yazanlara tutarlı cavab - Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov - Özəl












Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Müşviq Rəhimovu nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimovun barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Müşviq Rəhimov deyil, həm də "Azərbaycan digər Müşviq Rəhimov kimi vəzifəsini vicdanla yerinə yetirənlər də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Müşviq Rəhimovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Şər və Böhtan yazanlara tutarlı cavab - Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov - Özəl
Şər və Böhtan yazanlara tutarlı cavab - Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov - ÖzəlБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər