Şəmkir məktəbindəki "seks videosu" məsələsi böyüyür — İşə prokurorluq qarışdı

Şəmkir məktəbindəki "seks videosu" məsələsi böyüyür — İşə prokurorluq qarışdı












Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və məktəbin keçmiş laborantı Xatirə Əliyevanın məsələsi Şəmkir Rayon Prokurorluğunda araşdırılır.

Bu barədə Şəmkir təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib:

"Təhsil Nazirliyi, təhsil şöbəsi məsələnin təhsilə aid hissəsini araşdırmaqla məşğuldur, digər iddialarla bağlı məsələ isə rayon prokurorluğunda araşdırılır. Araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, X.Əliyeva məktəb direktorunu ona əxlaqsız təklif etməkdə ittiham etmişdi. Direktor Akif Namazov isə öz növbəsində Əliyeva barəsində qeyri-etik ifadələr səsləndirmiş, onun təhsil ocağının notbukunda seks videolara baxdığını bildirmişdi.

///Ölkə.Az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər