Xoşqədəm Hidayətqızının BİABIRÇI VİDEOSU YAYILDI: Sağlam adamı reklam xatirinə şikəst kimi təqdim ediblər? - BİABIRÇILIQ

Xoşqədəm Hidayətqızının BİABIRÇI VİDEOSU YAYILDI: Sağlam adamı reklam xatirinə şikəst kimi təqdim ediblər? - BİABIRÇILIQ








Jurnalist Xoşqədəm Hidayətqızının vaxtilə ATV kanalında müəllifi olduğu “Səni Axtarıram” verlişi ilə bağlı qalmaqal yaşanır.
Avropa.info xəbər verir ki, meydan tv Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü yayıb.
Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.
Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.
Bundan sonra Müəllif Hüquqları Agentliyi məsələ ilə bağlı açıqlama verdi.
Agentlikdən trendə verilən məlumata görə, “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının (Xoşqədəm Hidayətqızı) birgə məhsulu olan “Səni axtarıram” televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Müəllif Hüquqları Agentliyinə məktubla müraciət edib.
Məsələnin hüquqi aspektləri ilə bağlı Agentlikdən bildirilib ki, əlaqəli hüquqlar obyekti olan “Səni axtarıram” televiziya verilişi Agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli Şəhadətnamələr verilib.
Müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. “Səni axtarıram” verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur.
Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırdı. Bundan sonra veriliş ANS-də işıq üzü gördü. Hazırda isə “Xəzər” TV-də yayımlanır.
Meydan TV “Səni axtarıram”-ın kadrlarda görünən “qəhrəman”ı ilə əlaqə saxlaya bilməyib. Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: “Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm”.
Meydan TV həmin kadrların efirə getməsində bilavasitə cavabdeh olan ATV kanalının prezidenti Vüqar Qaradağlı ilə də əlaqə saxlayıb. Dəfələrlə edilən zənglərdən və göndərilən mesajlardan sonra Vüqar Qaradağlı bu mövzuda danışmaq istəmədiyini bildirib.
Məsələylə bağlı müsavat.com saytı da yazı dərc edib. Yazıda videonun ATV-nin prezidenti Vuqar Qaradağlı tərəfindən mətbuata ötrüldüyü iddia edilir.
Həmin videonun tanınmış tele-jurnalist Xoşqədəm Baxşəliyevanın peşəkar karyerasına zərbə vurmaq və onu ictimai rəydə gözdən salmaq məqsədi ilə ATV kanalı tərəfindən meydan.tv saytına sızdırıldığı kimsədə şübhə doğurmur. Məsələnin maraqlı tərəfi budur ki, məhz X. Hidayətqızına zərər yetirmək üçün “Diaspora naziri” Nazim İbrahimovun qardaşlarına məxsus olan televiziya bu “layihədə” mövcud hakimiyyətə ən sərt mövqe daşıyan bir KİV-lə əməkdaşlığa girib.
Video parçadan aydın olur ki, həmin görüntülər ATV kanalında yayımlanan “Səni axtarıram” proqramının çəkilişlərindən götürülüb. Kadrlarda səhnə arxasında baş verənlər əks olunub. Həmin kadrlar gerçəkdən də layihə müəlliflərinin reytinq naminə seyrçiləri aldatdıqları, saxtakarlıq etdikləri faktını ortaya çıxardır. Həm də düz 3 epizod üzrə. Buna görə X.Hidayətqızını və ATV-də bu verilişi hazırlayan heyəti qınayırıq. Lakin bu kadrlar və ATV-nin mətbəxi bu teleşirkətin rəhbərliyinə çoxdan məlum idi. İndi onu ortaya çıxarmaqlarında yeganə məqsəd X. Hidayətqızının ATV-dən ayrıldıqdan sonra fərqli adla da olsa, eyni konsepsiyalı verilişləri başqa televiziyalarda daha yüksək reytinqə qaldırmasıdır. ATV isə, kimi gətirsə də, bu cür layihələri heç cür tutdura bilmədi.
Musavat.com hesab edir ki, V. Qaradağlı məhz bu məqamda oyun oynayıb və bütün prosesin arxasında özü dayandığı halda, bu barədə açıqlama verməkdən yayınıb.
Hazırda sosial şəbəkələrdə X.Hidayətqızına qarşı böyük bir kampaniya gedir. Bir neçə gün öncə prezidentin “Əməkdar jurnalist” adı verdiyi tanınmış jurnalist karyerasının ən ağır dönəmini yaşayır. Ona o tərzdə hücum edilir ki, sanki Hillari Klintonun ABŞ prezidenti olmasına Xoşqədəm Hidayətqızı imkan verməyib.
Dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısının müəyyən dərəcədə ssenariləşdirilməsi və teatrlaşdırılması var. Əks halda, böyük televiziyalar və proqramlar milyonlarla seyrçini öz verilişlərinə baxmağa vadar edə bilməz, bununla da böyük reklam paralarını cəlb etməyi bacarmaz.
Baxmayan oxucuların üçün söhbətin nədən getdiyini bilmələri üçün ATV-nin sızdırdığı və Xoşqədəmi bitirməyi hədəfləyən məlum video-süjeti təqdim edirik.
Məsələyə tanınmış telejurnalist İlhamiyyə Rza da münasibət bildirib.
“İnsan taleləri üzərində şoular etməyin etikadan uzaq olduğunu dəfələrlə müsahibələrimdə desəm də, gecə vaxtı məndən münasibət gözləyən və tələb edənlərə fikrimi bildirim: mən təəccüblənmədim. Nədən ki, sizin kadrarxası görüntülərdən anladığınız mətləblər, arxada olmayan kadrların özündən də zatən görünürdü. Nədən heyrətləndiniz ki? Yəni bilmirdiniz? Axı dəfələrlə müzakirə olunub bu məsələ. Eyni formatda yayımlanan bütün verilişlər, kanaldan asılı olmayaraq, bu cür hazırlanır. Xoşqədəm bəyəm təkdir? Bəs o biriləri? Gəlin, tendensiyanı pisləyək. Bu, Xoşqədəmin icadı və orijinal məhsulu deyil. Odur ki, fərdləri deyil, yayım siyasətinə bu cür iyrənc duyğu istismarını daxil edən, bunu məqbul sayan televiziya sahiblərindən danışaq. Bu, onların sifarişiylə həyata keçirilir. “Bizə reytinq (oxu: pul) lazımdır. Vəssalam. Efirdə nə edirsən, et, reytinq olsun”, dəyərləri ilə yaşayan tv rəhbərləri üçün bu hal çox normaldır. Bu cür videoları, kompromatları isə istənilən eyni tipli verilişlərin “sıroy” materiallarında çətinlik çəkmədən tapmaq olar”.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər