“Abşeron” sanatoriyasında bazar açıblar - Foto fakt

“Abşeron” sanatoriyasında bazar açıblar - Foto fakt











Mərdəkanda yerləşən “Abşeron” sanatoriyasında rüsvayçı şərait hökm sürür. Bu barədə Politika.Az-a orada müalicə alan vətəndaşlardan biri məlumat verib

Onun sözlərinə görə, sanatoriyada qiymətlərlə şərait heç də mütənasib deyil. Çox bərbad və elementar vəziyyəti olan sanatoriyada rüşvət ayaq açıb yeriyir. Burada gərək hamını razı salmaq və “başına dönüm” xidməti üçün “hörmət” edəsən. Yoxsa müalicəyə gələnlərin üzünə baxan da yoxdur.
Xəstəxana divarlarını xatırladan, köhnə bir bina olan və kosmetik əl gəzdirilən sanatoriyada istirahət üçün komfort şərait yoxdur. Ona görə də ora müalicə olunmaq üçün gedən şəxslər bazarla qarşılaşır.

Bu azmış kimi, adi otaqları, aşağı səviyyədə xidməti olan sanatoriyada müalicə 2 həftəyə təqribən 1000 (min) manata başa gəlir. Bu da fantastik rəqəmdir.

Çünki bu məbləğə Kislavodski, Yesentuki, Borjomi, Naftalanda daha yüksək şəraiti olan sanatoriyalarda dincəlmək olar. Hətta bir qədər xərc çəksəniz Karlovı-Varidə müalicə ala bilərsiniz. Ancaq “Abşeron” sanatoriyası rəhbərliyi soyğunçuluqla məşğuldur.

Politika.Az xəbər verir ki, yataq otağı verən qeydiyyat şöbəsinin növbətçiləri, yataq dəsti verən təsərrüfat bacısı, müalicə alacaq şəxsin hansı stolda əyləşəcəyini müəyyən edən yeməkxanadakı növbətçilər, otağa baxan xidmətçilər xəstələrdən pul tələb edir.

Şikayətçilər deyirlər ki, müalicə almaq üçün gedən şəxslərin hər biri 730 manatlıq göndərişlə gedirlər. Yəni həmin şəxs üçün qeyd olunan məbləğ sanatoriyaya ödənilir. Buna görə də orada müalicə alan şəxslər əlavə pul ödəməli deyil.

Amma sanatoriyanın müalicə korpusunda xəstəni müayinə edən həkimin yazdığı müalicələri icra edən 15-20 tibb bacılarının da öz hesabları var. Yəni onlara da əlavə pul ödənilməlidir. Bu hesab hər bir tibb bacısının icra etdiyi müalicələrə görə 10 manatdan 35 manatadək dəyişir.

Təxminən 150 manata yaxın da əlavə pul çıxır. Burada da eynilə "mənə bir hörmət elə”, "mənə bir şirinlik ver”, "mənə bir konfet pulu ver” və ya "mənə işlətdiyim dərmanların pulun ver” kimi müraciətlərlə xəstələrdən rüşvət istəyirlər.

Axşamlar sanatoriyanın mədəniyyət sarayında əyləncə konsertləri təşkil edirlər. Əməkhaqqı vermədikləri üçün mədəniyyət sarayının ansambl üzvləri sanatoriyada işləməkdən imtina ediblər.

Elə buna görə də əyləncə şənliklərinə məcburən kənardan ansambl dəvət edirlər və ansambl üzvlərinə verəcəkləri pulları əyləncə şənliyində iştirak edən hər xəstədən 1 manat pul yığmaqla ödəyirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.


“Abşeron” sanatoriyasında bazar açıblar - Foto fakt
“Abşeron” sanatoriyasında bazar açıblar - Foto faktБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər